Amerikalı qolfçu Peyc Sperinak maraqlı etiraflar edib.
Fanat.Az xəbər verir ki, məşhur xanım keçmiş sevgililərindən danışıb. Peyc bildirib ki, birlikdə olduğu kişilər qolfun incəliklərini öyrənmək üçün onunla münasibətdə olub.
Qolfçu bildirib ki, oğlanlar ondan istifadə edib: "Çarəsiz olduğum üçün kişilərin məni sevməsini istəyirdim. Təəssüf ki, görüşdüyüm oğlanlar məndən istifadə edirdilər. Bir nəfər mənimlə 7 gün 24 saat qolf dərsləri almaq istəyirdi. 6 ay sevgili olduq. Bütün günümüz bir yerdə keçirdi. Həmin vaxt mənə sevgilisi olduğunu bildirməmişdi. Sonradan öyrəndim ki, eyni vaxtda həm onunla, həm də mənimlə sevgili olub. Bunu edənlər çox olub".
Fanat.Az