"İnter"in yarımmüdafiəçisi Martselo Brozoviç karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Real" və "Barselona" Brozoviçi transfer etmək niyyətindədilər. Xorvat futbolçunun keçidi 60 milyon avro dəyərində qiymətləndirilir.
Brozoviçin "İnter"lə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Cari mövsümdə 32 matçda meydana çıxan 27 yaşlı oyunçunun aktivində 3 qol, 5 məhsuldar ötürmə var.
Qeyd edək ki, Brozoviçin adı daha öncə "Liverpul"la birlikdə hallanırdı.
Fanat.Az