"Barselona"nın sabiq prezidenti Sandro Rozel iki il həbs həyatı yaşadıqdan sonra, ötən il azadlığa buraxıldı.
Fanat.Az xəbər verir ki, 56 yaşlı funskioner həbsdə başına gələnləri "Marca" nəşri ilə bölüşüb:
"Türməyə ayaq basan kimi mənə 4 ədəd prezervativ və 4 qutu vazelin verdilər. Həmin an özümü narahat hiss etmişdim.
Türmə elə yerdi ki, ya orada bir şəxsiyyət kimi ölürsən, ya da daha güclü birinə çevrilirsən. Həyat yoldaşım - Marta çox güclü idi. Dözümlülüyümüzün əsas sütunu o oldu. Valideynlərim, qardaşlarım və dostlarımı da bu mənada qeyd edə bilərəm. Bundan əlavə, dostum Xoan Besolini də xüsusi vurğulamaq istərdim. O olmasa, mən sağ qalmazdım".
Rozel 2017-ci ildə 15 milyon avro məbləğində pulun mənimsənilməsinə görə 11 il azadlıqdan məhrum edilməklə yanaşı, 59 milyon avro dəyərində cərimələnmişdi. Amma ötən il o, bəraət alaraq sərbəst buraxıldı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol