"Barselona" Filippe Koutinyunun xidmətində maraqlı deyil.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "Barsa" Koutinyunu satmağı planlaşdırır. Nəşrin iddiasına görə, son olaraq, "katalonlar" braziliyalı futbolçunu "Çelsi"yə təklif edib. Təklifin şərtləri ilə bağlı dəqiq məlumat yoxdu.
Koutinyunun "Barselona" ilə olan müqaviləsi 2023-cü ildə başa çatır. 27 yaşlı oyunçu hazırda "Bavariya"da icarə əsasında çıxış edir. Münhen klubu onun transfer haqlarını ələ keçirmək niyyətində deyil.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol