"Mançester Siti" "İnter"in mərkəz müdafiəçisi Milan Şkriniarın xidmətində maraqlıdı.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, "İnter" yalnız yüksək təklif olacağı təqdirdə Şkriniarla yolları ayırmağa hazırdı. "Neradzurri"nin "Siti"dən minimum 80 milyon avro tələb etdiyi bildirilir.
Slovakiyalı futbolçunun müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Şkriniar cari mövsümdə 32 oyunda meydana çıxıb.
Fanat.Az