"Barselona"nın yarımmüdafiəçisi Artur yayda komandanı tərk edə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "İnter" və "Tottenhem" ciddi şəkildə Arturla maraqlanırlar. "Barselona" uzun müddətdi "neradzurri"nin hücumçusu Lautaro Martinesi transfer etməyə çalışır. İtaliya klubu məhz bu faktordan faydalanaraq braziliyalı futbolçunu heyətinə qatacağına inanır.
Digər tərəfdən, "Tottenhem" "katalonlar"la danışıqlara start verib. "Spörs"ün yarımmüdafiəçisi Tanqi Ndombelenin isə "Barsa"nın "radar"ında olduğu bildirilir.
Əslində, "Barselona" baş məşqçi Kike Setyenin oyun tərzinə uyğun gələn, potensialı yüksək, gənc Arturla yolları ayırmaq niyyətində deyil. Sadəcə, koronavirus pandemiyası səbəbindən yaranan böhran vəziyyəti rəhbərliyi transferə məcbur edə bilər. Klubda toxunulmaz olan yeganə futbolçu Lionel Messi hesab edilir.
Fanat.Az