Uels millisinin və Madrid "Real”ının ulduzu Qaret Beyl koronavirusla mübarizəyə qatılıb.
Fanat.Az xəbər verir ki, Uels Universiteti Xəstəxanası Beylin və xanımının onlara 500 min funt-sterlinq ianə etdiyini açıqlayıb:
"Uels yığmasının və "Real”ın futbol əfsanəsi Qaret Beyl və həyat yoldaşına böyük yardımı üçün təşəkkür edirik”.
Beyl isə bu xəstəxanada doğulduğunu və buranın onun üçün özəl bir yer olduğunu söyləyib: "Ən böyük yük səhiyyə işçilərinin üzərinə düşür. Bu xəstəxana mənim üçün çox özəldi. Burda doğulmuşam. Xəstəxananın mənə və ailəmə böyük fatdası dəyib”.
Fanat.Az