"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba hələ də "Real"ın baş məşqçisi Zinəddin Zidan üçün priotet transfer hədəfidi.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, Zidan komandanın orta xəttinin mütləq gücləndirmək lazım olduğunu düşünür. Fransız mütəxəssis "Real"a qayıdanda Florentino Peresə transfer siyahısını təqdim etmiş, prezident isə onun istədiyi bütün transferləri həyata keçirəcəyinə dair söz vermişdi. Zidanın sıralamasında Poqbanın adı Eden Azardan öndə imiş. Lakin "Yunayted" 150 milyon avro tələb etmiş, Peres isə bu məbləği ödəməkdən imtina etmişdi.
47 yaşlı çalışdırıcıya görə, Madrid klubunun daha dinamik, o cümlədən vertikal oynaya bilən yarımmüdafiəçiyə ehtiyacı var və Poqba bu profilə ən uyğun oyunçudu.
Fanat.Az