"Nyukasl Yunayted" yay "transfer pəncərəsi"ndə heyətini gücləndirmək niyyətindədi.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Nyukasl" "Napoli"nin hücumçusu Dris Mertens, "Çelsi"nin vingeri Villian və PSJ-nin forvardı Edinson Kavani ilə yaxından maraqlanır. Klub rəhbərliyi sözügedən üç oyunçudan hər hansısa birinin transferinin çətin iş olduğunu anlayır.
Mertens, Villian və Kavaninin klubları ilə müqavilələri mövsümün sonunda başa çatır.
Premyer Liqada 29 turdan sonra aktivində 35 xal olan "sağsağanlar" 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Nyukasl Yunayted"in yeni sahibi Yasir Əl-Rumayyan olacaq.
Fanat.Az