PSJ-nin əsas hədəfi bəllidi.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, PSJ-nin prioriteti Kilian Mbappe ilə yeni müqavilə hazırlamaqdı. Fransız futbolçunun sözləşməsi 2022-ci ilə kimi nəzərdə tutulsa da, "Real"ın onunla ciddi şəkildə maraqlanması Paris klubunu addıma atmağa məcbur edib.
Koronavirusla əlaqədar yaranan fasilə bitdikdən sonra tərəflər arasında danışıqların başlayacağı gözlənilir. PSJ tərəfi yekunda yeni müqavilə ilə bağlı razılıq əldə olunacağından əmindi.
Cari mövsümdə 33 matçda meydana çıxan Mbappenin aktivində 30 qol, 17 məhsuldar ötürmə var.
Fanat.Az