"Real" ulduz futbolçularından bəzilərini transferə çıxarmağa hazırlaşır.
Fanat.Az "Sport" nəşrinə istinadən xəbər verir ki, "Real" Luka Modriçlə yolları ayırmağı planlaşdırır. Xorvat futbolçu əsas heyət uğrunda mübarizədə Federiko Valverdeyə uduzur. Onun müqaviləsinin bitməsinə bir il qalıb. Bu səbəbdən Madrid klubu Modriçin satışından gəlir əldə etmək niyyətindədi.
Həmçinin, "Real" Marselonu da satmaq fikrinə düşüb. Braziliyalı Ferlan Mendi ilə rəqabətdə geri qalır. O, cari mövsümdə La Liqada 11 matçda meydana çıxıb.
Fanat.Az