"İnter" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba uğrunda mübarizəyə qoşulub.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, "İnter" "Everton"un hücumçusu Moyze Kinin transfer ilə bağlı agent Mino Rayola ilə əlaqə yaratsa da, söhbətin digər müzakirə mövzusu Poqba olub. "Neradzurri" növbəti "transfer pəncərəsi"ndə "qırmızı şeytanlar"a təklif göndərmək niyyətindədi.
Fransız futbolçunun adı "Real" və PSJ ilə birlikdə hallanır. Sözügedən klublarla yanaşı, "Yuventus" Poqbanın qayıdışında maraqlıdı.
27 yaşlı oyunçunun MY ilə olan müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Fanat.Az