"Lids Yunayted” koronavirusdan dünyasını dəyişən əfsanəsinin adını əbədiləşdirmək istəyir.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "Elland Roud”un cənub tribunasına Norman Hanterin adı veriləcək.
Qeyd edək ki, 1966-cı ildə İngiltərə yığması ilə dünya çempionu olan Hanter aprelin 17-də həyatla vidalaşıb. 1962-1974 aralığında "Lids”də top qovan və 2 dəfə ölkə çempionluğu sevinci yaşayan veteran 76 yaşında ölüb.
Fanat.Az