"Real Sosyedad"da icarə əsasında çıxış edən Martin Edeqor vaxtından əvvəl "Real"a qayıda bilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Luka Modriç yayda komandadan ayrılacağı təqdirdə, onun boşluğunu Edeqor dolduracaq. 21 yaşlı futbolçunun icarə müddəti 2021-ci ilin yayında bitir.
Deyvid Bekhemin sahibi olduğu "İnter Mayami"nin ciddi şəkildə Modriçlə maraqlandığı bildirilir. "Real" müqaviləsi 2021-ci ildə başa çatacaq xorvat oyunçunun satışından gəlir əldə etmək fikrindədi.
Daha əvvəl Modriçin "Milan"a transfer olacağına dair xəbərlər yayılmışdı. Mənbənin iddiasına görə, "rossonerilər"in futbol bölməsinin rəhbəri Zvonimir Bobanın istefa verməsi keçidə əngəl olub.
Fanat.Az