"Real"ın yarımmüdafiəçisi Luka Modriçin bu yay "Milan"a transfer olmaq ehtimalı yüksək imiş.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Modriç və "Milan"ın sabiq idman direktoru Zvonimir Boban arasında razılıq əldə olunubmuş. Lakin Bobanın istefaya göndərilməsi mümkün keçidə mane olub.
Hazırda xorvat futbolçunun adı Milanın digər təmsilçisi - "İnter"lə hallanır.
Cari mövsümdə 30 matçda meydana çıxan Modriçin aktivində 5 qol və eyni sayda məhsuldar ötürmə var.
Fanat.Az