La Liqanın prezidenti Xavyer Tebas İspaniya elitasının oyunlarının 2020-ci ilin sonunadək azarkeşsiz keçiriləcəyini söyləyib.
Fanat.Az "Mundo Deportivo”ya istinadən xəbər verir ki, başqan belə deyib:
"Aydın məsələdi ki, biz dekabra qədər azarkeşsiz oynamalıyıq. Yayım işini necə görəcəyimizi, stadiona kimlərin girib-çıxacağını müəyyənləşdirməliyik. Çox diqqətli olmalıyıq”.
Fanat.Az