"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne ən çox birlikdə oynamaq istədiyi futbolçuların adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports"a açıqlama verən belçikalı oyunçu Kriştianu Ronaldu və Tyerri Anrinu "xəyallarının komanda yoldaşları" adlandırıb:
"Xəyallarımın komanda yoldaşı? Tyerri Anri və ya Kriştianu Ronaldu kimi biri. Yarımmüdafiədə də əla oyunçular var, amma mənim oyun tərzimə görə hücumçular əsas fiqurlardılar. Ronaldu və ya Anrini seçərdim.
Meydan boyu Ronalduya uzun paslar atardım, o isə 3 metr yüksəklikdən belə olsa, onları dəyərləndirərdi. Asistlərimin sayını təsəvvür edə bilmirəm".
Cari mövsümdə Premyer Liqada 26 matçda meydana çıxan KDB-nin aktivində 8 qol, 17 məhsuldar ötürmə var.
Fanat.Az