"Çelsi" Kepa Arrisabalaqanı komandada saxlamaq qərarına gəlib.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, rəhbərlik koronavirus pandemiyası səbəbindən yaranan böhran vəziyyətində Kepanın transfer qiymətinin kəskin şəkildə düşəcəyini nəzərə alaraq onu satmaqdan imtina edib. Eyni zamanda, "Çelsi" "Milan"ın qolkiperi Canluici Donnarummanı heyətinə qatmaq fikrindən də daşınıb. Bu, ispan qapıçının ən azından daha bir mövsüm "zadəganlar"ın formasını geyəcəyi anlamına gəlir.
Fevral ayında baş məşqçi Frenk Lempardın Arrisabalaqanın performansından razı olmadığı və onun satılmasını istədiyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az