Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir və Super Liqa təmsilçilərinin rəhbərliyinin iştirakı ilə videokonfrans keçirilib.
Fanat.Az xəbər verir ki, Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu görüşdən sonra Super Liqanın bərpası bilə müzakirələrin aparıldığını deyib. Nazir qeyd edib ki, koronavirus pandemiyasına görə dayandırılan çempionat iyunun 10-dan sonra bərpa oluna bilər.
Onun sözlərinə görə, liqalar və kubok matçlarının startı üçün ehtimal olunan tarixlər iyunun 11, 12 və ya 13-dü. Sepil yarışları iyulun 26-dək başa çatdırmaq istədiklərini söyləyib. Oyunların azarkeşsiz keçiriləcəyi gözlənilir.
Fanat.Az