Kriştianu Ronaldu "Yuventus"la bağlı qərarını verib.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, portuqaliyalı ulduz Turin klubunu vaxtından tez tərk etməyəcək. Onun müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub və Ronaldu həmin vaxtadək komandada qalmaq niyyətindədi.
Qeyd edək ki, 2018-ci ilin yayında "Real"dan "Yuventus"a transfer olunan Ronaldu bu mövsüm A Seriyasında meydana çıxdığı 22 oyunda 21 qol vurub, 3 məhsuldar ötürmə edib.
Fanat.Az