Kapitan Corco Kyellini "Yuventus"la olan müqaviləsini daha bir il müddətinə uzadacaq.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, Kyellini 2021-ci ilin yayına kimi "Yuventus"da çıxış edəcək. Tərəflər arasında artıq razılığın əldə olunduğu bildirilir. Mənbənin iddiasına görə, italiyalı futbolçu 2021-ci ildə karyerasını bitirəcək və Turin klubunda çalışmağa başlayacaq.
Kyellini 2005-ci ildə 7,7 milyon avro qarşılığında "Fiorentina"dan "Yuventus"a transfer olunub. Cari mövsümdə A Seriyasında 3 matçda meydana çıxan 35 yaşlı futbolçunun aktivində bir qol var.
Fanat.Az