17:19 13.12.2013 505

XVII turda qış çempionu müəyyənləşəcək? - AFİŞA

Sabah Topaz Premyer Liqasında XVII tura start veriləcək. Fanat.az xəbər verir ki, ilk oyun günündə iki, ikinci gündə üç matç baş tutacaq.

Sabah "Simurq" AZAL-ı qəbul edəcək. Kubokda mübarizəni dayandıran Zaqatala klubunun Premyer Liqada işləri qaydasında getmir. Bunun nəticəsiidi ki, artıq rəhbərlik baş məşqçi Georgi Çixradzeyə xəbərdarlıq edib. AZAL isə ötən həftə "Rəvan"ı yenib Premyer Liqada 10 oyundan sonra qələbə sevinci yaşadı. Zaqataladakı oyun hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Üstəlik bu komandalar turnir cədvəlində qonşudu. "Simurq" doğma meydanda AZAL-ı məğlub edərək mövqeyini yaxşılaşdıra bilər.

"Simurq"la eyni gündə "böyük qardaşı" "İnter" də meydana çıxacaq. Mövmsümə uğursuz startın ardınca toparlanan və son turlarda ardıcıl qələbələr qazanan "bankirlər" "Sumqayıt"ı qəbul edəcək. "İnter"in autsayder rəqibi üzərində asan qələbə qazanacağını proqnozlaşdırmaq üçün yəqin ki, münəccim olmağa ehtiyac yoxdu. Üstəlik Sumqayıt təmsilçisinin 3 əsas heyət üzvü - kapitan Samir Abbasov, müdafiəçi Slavik Alxasov və hücumçu Ruslan Qurbanov hakimləri təhqir etdiklərinə görə cəzalandırıblar. Bu səbəbdən onsuz da zəif heyətə sahib "Sumqayıt" meydana yarımcan çıxacaq və iddialı rəqibinə badalaq vurmaq gücündə olmayacaq.

Turun əsas oyunları bazar gününə təsadüf edəcək. Kubokda "Neftçala"nı məğlub edib (4:0), Premyer Liqadakı ilk oyununda "İnter"dən 1 xal alan (0:0) "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Şahin Diniyevin başçılıq etdiyi "Rəvan"la sınaağa çıxacaq. Lənkəranda keçiriləcək bu oyun "Xəzər Lənkəran" xal üçün xal ehtiyatını artırmaq baxımından önəmlidi. Bu oyundakı 3 xal Mustafa Dənizlinin Premyer Liqadakı ilk qələbəsi olacaq. 

Günün digər iki oyunu liderlik baxımından önəmli olacaq. Bu oyunlarda həm də qış çempionu müəyyənləşə bilər.

Ötən tur "Neftçi"ni məğlub edərək zirvəni yenidən ələ keçirən "Qarabağ" "Bakı"nın qonağı olacaq. "Qəbələ" isə "Neftçi"ni qəbul edəcək. "Qarabağ" "Bakı" ilə heç-heçə oynasa, "Qəbələ" "Neftçi"ni udaraq liderliyi ələ ala bilər. "Neftçi" bu halda 3 xalı aktivinə yazmaqla zirvədə yenidən ikihakimiyyətlilik yaradacaq. "Qarabağ" məğlub olsa, "Qəbələ" - "Neftçi" matçının qalibi birinci pilləni ələ keçirəcək.

Qeyd etdiyimiz kimi bu turda qış çempionu müəyyənləşə bilər. Bunun üçün "Qarabağ" əvvəlcə "Bakı"nı məğlub etməlidi. Bu halda ağdamlılar xal hesabını 36-ya çatdırmış olacaq. Bundan sonra Qurban Qurbanovun yetirmələri "Qəbələ" - "Neftçi" oyununun sülhlə bitməsini arzulamalıdı. Belə olan halda sonuncu turu gözləmədən "Qarabağ"ın fasiləyə birinci pillədə yollanacağı dəqiqləşəcək. Düzdü, "Qarabağ" son turda məğlub ola, "Qəbələ" isə qalib gələrək xalları bərabərləşdirə bilər. Amma Ağdam təmsilçisi Yuri Syominin komandasını şəxsi oyunlarda üstələyir.

Premyer Liqa
2013/14 mövsümü
II dövrə, XVII tur

14 dekabr
Simurq - AZAL
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala Olimpiya Kompleksinin stadionu. Saat 17.00.

İnter - Sumqayıt
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"Şəfa" stadionu. Saat 17.00.

15 dekabr
Bakı - Qarabağ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakı"nın təlim məşq bazasının stadionu. Saat 14.00.

Xəzər Lənkəran - Rəvan
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, İsgəndər Əliyev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Lənkəran şəhər stadionu. Saat 16.00.

Neftçi - Qəbələ
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
"Bakcell Arena". 18.00.

1

Qarabağ

16

9

6

1

28-9

33

2

Qəbələ

16

10

2

4

24-14

32

3

Neftçi

16

9

4

3

24-16

31

4

İnter

16

7

3

6

25-19

24

5

Bakı

16

7

3

6

27-18

24

6

AZAL

16

5

6

5

15-19

21

7

Simurq

16

4

7

5

13-14

19

8

Xəzər L

16

3

7

6

11-21

16

9

Rəvan

16

1

6

9

9-28

9

10

Sumqayıt

16

1

4

11

8-26

7


Bombardirlər: Vaqif Cavadov (İnter) - 8. Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı) - 7. Əfran İsmayılov (Bakı), Daniel Subotiç (Qəbələ) - 6. Baçana Tsxadadze (İnter), Bahodır Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ), Leonardo da Silva (Qəbələ) - 5.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 İyun 2024
00:52

AÇ-2024: Niderland və İngiltərədən qələbə 

16 İyun 2024
21:05

Azərbaycanlı atlet Avropa birinciliyində 3 qızıl medal qazandı

20:37

"Məğlubiyyətə görə təslim olmayacağıq" - Mixal Probej

19:27

Polşa - Niderland matçının ən yaxşı oyunçusu bəlli oldu

18:24

"Milan" Yoviçlə bağlı qərarını verdi

17:44

Azərbaycan millisi dünya çempionu oldu

17:15

Tuncay Şanlı azərbaycanlı futbolçunun baş məşqçisi oldu - RƏSMİ

16:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

16:08

"Zirə"dən ayrıldı, "Şamaxı"ya keçdi - RƏSMİ

15:49

Çövkən üzrə dünya çempionatının bağlanış mərasimi keçirildi

15:28

İngiltərə millisinə vəd edilən mükafatın məbləği bilindi

14:50

"Bayern"də yeni müqavilə

14:20

"Bu, özümüzə olan inamı bir qədər də artırdı" 

13:50

"İnter Mayami"dən dramatik qələbə 

13:17

İtaliya 10-a çatdı

12:52

Juninyonun növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

12:19

"Bu işlər bizi yaxşı yerlərə aparmalıdır" - Luçano Spalletti

11:55

"Ən pisi budur ki..." - Daliç 0:3-ü dəyərləndirdi

11:26

"Rəqibin zəif tərəflərindən istifadə etməyə çalışmalıyıq" - Qaret Sautgeyt

10:22

Stoykoviç İngiltərə ilə oyundan öncə belə danışdı

10:00

AÇ-2024: Nəticələr və təqvim

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

00:55

AÇ-2024: İsveçrə, İspaniya və İtaliya qələbə ilə start verdilər

00:13

"Qəbələ" fransalı yarımmüdafiəçi ilə vidalaşdı

15 İyun 2024
22:00

Kapitanı "Barselona"dan ayrılır - Yeni klubu da bəllidi

21:15

Modriç özünü Lamin Yamalla müqayisə etdi

20:33

Növbəti mövsüm I Liqada iştirak edəcək daha bir komanda müəyyənləşdi 

20:00

"Bayern"in ulduzu İngiltərədə oynayacaq - Razılıq əldə olundu

19:05

"Zirə" "Kəpəz"in hücumçusunu transfer etdi

18:40

"Kəpəz" 2 legioneri ilə vidalaşdı

17:32

15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü!

17:25

Mourinyu bu futbolçunu Türkiyəyə gətiriir - Razılaşdı

16:55

"Arsenal"ın məşhur qoleadoru dünyanı dəyişdi

16:30

Sahil Babayev Paris-2024-ə lisenziya qazanan boksçularla görüşdü

16:00

"Jirona" Çexiya millisinin üzvü ilə gücləndi

15:12

Millinin qapıçısı vəfat etdi - 10 gün əvvəl Belçikaya qarşı oynamışdı 

14:35

"Məqsəd iki oyunda dörd xal qazanmaqdır" - Şotlandiyanın baş məşqçisi 

14:01

Azərbaycan millisi Fransa ilə qarşılaşacaq 

13:37

İspaniya millisində ciddi itki - Ulduzu startda olmayacaq

12:56

Nagelsmann 5:1-i şərh etdi: "Bu, hələ başlanğıcdır"

Facebookdan bizi izləməyi unutmayın.
X