"Liverpul”un sabiq futbolçusu Ceymi Karragerin həyat yoldaşı Nikola Hart koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə millisinin sabiq üzvü özü məlumat verib.
"The Mirror” nəşrinə danışan Karrager bildirib ki, həyat yoldaşının koronavirus testi müsbət çıxıb və hazırda vəziyyəti normaldı.
Qeyd edək ki, Ceymi Karrager karyerası ərzində yalnız "Liverpul"da (1988-2013) çıxış edib. O, 1999-2010-cu illərəd İngiltərə millisində 38 oyun keçirib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol