"Beşiktaş" Sofiya ÇSKA-sının vingeri Edvin Qiasi ilə razılığa gəlib.
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bolqarıstan klubuyla olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq qanalı futbolçu İstanbul klubuna keçəcək. "Ghana Soccer" nəşri isə 28 yaşlı futbolçunun İstanbul nəhəngi ilə 2 illik anlaşdığını bildirib.
Qeyd edək ki, Qana millisinin üzvü 2018-ci ildə Norveçin "Olesun" klubundan ÇSKA-ya keçib. O, ötən il icarə əsasında MLS təmsilçisi "Dallas"da oynayıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol