Qılıncoynatma üzrə yığma komandamız Avropa çempionatında iştirak etmək üçün iyunun 14-də Xorvatiyanın Zaqreb şəhərinə yola düşür. Azerisport.az xəbər verir ki, Azərbaycan Qılıncoynatma Federasiyasının birinci vitse-prezidenti vitse-prezidenti Yaşar Məmmədovun rəhbərliyi altında Zaqrebə aşağıdakı idmançılar yollanırlar:
1. Bünyatova Sevil
2. Bünyatova Sevinc
3. Mikina Sabina
4. Ələsgərova Aidə
Qeyd edək ki, idmançılarımız iyunun 16-da şəxsi, 20-də isə komanda yarışlarında mübarizə aparacaqlar.
İdman24.az