İspaniyanın "Eybar" klubunun 2014-cü ildən bəri ən uğursuz transferləri açıqlanıb.
Fanat.Az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, siyahıda 3 futbolçunun adı yer alıb.
Onlar arasında Azərbaycan millisinin futbolçusu, hazırda "Albasete”də çıxış edən Eddi İsrafilov da yer alıb. 2015-ci ildə "Mursiya"dan icarə əsasında "Eybar"a keçən 28 yaşlı yarımmüdafiəçi həmin dönəmin ən uğursuz üç trasferindən biri olub.
Onunla yanaşı, siyahıda İzet Hayroviç və Simone Verdinin də adı var.
Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ilin avqustundan, İspaniya Sequndasında çıxış edən "Albasete"nin formasını geyinir. "Eybar" isə La Liqada 27 oyundan sonra 27 xalla 16-cı pillədə qərarlaşıb. İspaniyada futbol çempionatları martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.
Fanat.Az