PSJ-nin müdafiəçisi Markinyos karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az "Le10Sport"a istinadən xəbər verir ki, "Barselona" Markinyosu transfer etmək fikrinə düşüb. Braziliyalı futbolçunun yaxın zamanlarda PSJ ilə müqavilə yeniləməsi katalon klubunun işini çətinləşdirir. "Blauqrana" hələlik rəsmi təklif göndərməyib.
Markinyosun sözləşməsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Cari mövsümdə 32 matçda meydana çıxan 25 yaşlı oyunçu 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol