"Barselona"nın və Argentina millisinin ulduzu Lionel Messi özünə yeni lüks təyyarə alıb.
Fanat.Az xəbər verir ki, təyyarənin üzərində futbolçunun klubu və millidə geyindiyi formanın nömrəsi - 10 yazılıb. Təyyarənin pilləkənlərində isə Messinin özünün, həyat yoldaşı Antonela və övladları - Tiaqo, Çiro və Mateonun adları qeyd edilib.
12 milyon avro dəyəri olan hava gəmisinin içində mətbəx, iki vanna otağı və 8 çarpayıya çevrilən 16 kreslo yer alıb.
Fanat.Az