"Beşiktaş" İngiltərə millisinin sabiq qapıçısı Co Hartı transfer etmək istəyir.
Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu mövsümün sonunda "Börnli" ilə olan müqaviləsinin müddəti bitəcək 33 yaşlı qolkiperin meneceri ilə danışıqlara başlayıb.
"Mançester Siti", "Birmingem", "Torino" və "Vest Hem" kimi klubların uğurları üçün çalışmış Hart İngiltərə millisində 75 oyuna çıxıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol