"Mançester Siti"nin vingeri Leroy Sane karyerasını "Bavariya"da davam etdirə bilər.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, "Bavariya"nın baş məşqçisi Hans-Diter Flik Sane ilə telefon əlaqəsi yaradıb. Yarım saata yaxın davam edən söhbət zamanı 24 yaşlı futbolçunun Münhen klubuna potensial transferinin müzakirə edildiyi bildirilir.
Daha əvvəl Flik Sanenin keçidinə şübhə ilə yanaşırdı. Lakin rəhbərliklə son görüşdən sonra onun mövqeyi dəyişib.
"Mançester Siti" alman oyunçunun transferini minimum 85 milyon avro dəyərində qiymətləndirir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol