"Kayserispor"un futbolçusu Hasan Hüseyin Acar Azərbaycan millisinin təklifini qəbul etməyib.
Fanat.Az xəbər verir i, bu barədə 26 yaşlı yarımmüdafiəçi özü məlumat verib. O, Türkiyə millisində çıxış etmək istədiyini bildirib:
"Azərbaycan millisindən təklif aldım, amma mən Türkiyə yığmasında oynamaq istəyirəm. Bu, hər bir gənc türk oyunçular kimi mənim də hədəfimdir. Ona görə də Azərbaycandan gələn təklifi geri çevirdim. Türkiyə yığmasına yaxınlaşdığımı düşünürəm. Bu çıxışımı davam etdirə bilsəm, milliyə çağırılacağımı gözləyirəm".
Qeyd edək ki, Hasan Hüseyin Acar 2018-ci ilin yayından "Kayserispor"da çıxış edir. O, daha öncə açıqlamasında Azərbaycan millisində oynamağa müsbət yanaşdığını deyib. AFFA əvvələr də Azərbaycan əsilli türkiyəli futbolçuları milliləşdirib.
Fanat.Az