Koronavirus pandemiyasına görə Türkiyə Super Liqasının təxirə salındığı günlərdə "Qalatasaray"ın baş məşqçisi Fatih Terim gələn mövsümlə bağlı planlarını qurur.
Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, baş məşqçi köməkçiləri ilə toplantılar keçirərək 2020/21 mövsümü üçün layihələr hazırlayır. Maraqlıdı ki, Terimin keçirdiyi görüşlərdə köməkçilərindən Hasan Şaşa və Ümit Davala iştirak etmir. Bu isə mütəxəssisin gələn mövsüm iki köməkçisi ilə vidalaşacağını deməyə əsas verir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol