"Ayaks"ın qapıçısı Andre Onana yayda komandadan ayrılmaq niyyətində olduğunu bəyan edib.
Fanat.Az xəbər verir ki, Onana AD-a müsahibəsində qeyd edib:
"Məni yanlış anlamayın. "Ayaks"da hər şeydən məmnunam və kluba hər şeyə görə minnətdaram.
Burada bir-birindən gözəl beş il keçirmişəm, amma artıq növbəti addımı atmağın vaxtıdı. Bir il əvvəl klubla bu barədə razılaşmamız olub. Hadisələrin necə cərəyan edəcəyini bilmirəm, amma ambisiyalarım və anlaşmamız məlumdu".
"Barselona"nın kamerunlu qolkiperlə yaxından maraqlandığı bildirilir. Həmçinin onun adı PSJ və "Çelsi" ilə də birlikdə hallanır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol