PSJ maaşlaarın azaldılması ilə bağlı futbolçularla razılığa gələ bilmir.
Fanat.Az "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, oyunçular şərtləri qəbul etmək niyyətində deyillər. İdman direktoru Leonardo məsələni futbolçuların maraqlarını təmsil edən Tiaqo Silva və Markinyosla müzakirə edir.
PSJ-nin koronavirus pandemiyası ilə əlaqədar yaranan böhran vəziyyətindəki itkiləri 215 milyon avro dəyərində qiymətləndirilir. Bu səbəbdən Paris təmsilçisi Neymar və Kilian Mbappe kimi, yüksək məvacib alan oyunçuların maaşlarını 70% azaltmağı planlaşdırır.
Qeyd edək ki, Fransada mövsümün vaxtından əvvəl başa çatdırılması qərara alınıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol