"Bir dəfə kazinoya getmişdim, bir gecədə 100 min dollar uduzdum".
Fanat.Az xəbər verir ki, Ukraynanın "Dinamo” (Kiyev) klubunun keçmiş futbolçusu Aleksander Əliyev deyib.
Ukrayna mətbuatına müsahibəsində başına gəlmiş maraqlı bir hadisəni danışan azərbaycanlı sabiq yarımmüdafiəçi buna görə 4 gün yatmadığını bildirib:
"Çempion olmuşduq, mükafatlarım da var idi. Yaxşı pul qazanmışdım. Onun üçün də kazinoya getdim. Düzdü, içki qəbul etmirəm, ancaq yenə də belə bir səhv etdim. Axşam saat yeddidə girib, günorta 12-də çıxmışdım. Çölə çıxanda artıq 100 min getmişdi. Əlbətdə ki, çox üzücü idi. 4 gün yata bilməmişdim".
Fanat.Az