NBA-da mövsümün qalan hissəsi Florida ştatının Orlando şəhərində yerləşən və dünyanın ən böyük əyləncə parkı olan Disneydə oynanıla bilər.
Fanat.Az insayder Şems Çaraniyaya istinadən xəbər verir ki, park rəhbərliyi öz xidmətlərini NBA-ya təklif edib. Liqa rəsmiləri bu variantla yanaşı, Las-Veqas, Atlantik Siti, Luisvill və Honolulu kimi, digər neytral əraziləri də nəzərdən keçirir.
NBA mayın 1-dən klubların məşq mərkəzlərini açmasına icazə verib.
Qeyd edək ki, mart ayında, "Yuta"nın basketbolçusu Rudi Qoberdə koronavirus aşkarlandıqdan sonra NBA-da mövsüm dayandırılmışdı.
Fanat.Az