11:35 01.05.2020 872

4 respublikadan biri: “Temp”li start

Azərbaycan futbolunun tarixi 100 ilini çoxdan ötüb. İstəsək, istəməsək də bunun 70 ili, əsasən formalaşma, inkişaf dövrü SSRİ dönəminə düşür. Siyasəti kənara qoyub futbol tariximizə, keçilən yola yenidən baxılmalıdır.

Böyük boşluq yaranıb. Orta, gənc nəsil müstəqillik illərimizdən o tərəfi geniş bilmir. Bu, onların günahı deyil, səbəbi illərdi futbol cavabdehlərinin tarixə biganə münasibəti, maarifləndirmə yönündə heç bir ciddi işlərin görülməməsidir.

Belə düşüncə futbolu bilməməklə yanaşı məqsədli xarakter daşıyır. Tarixi kökə varmamaq indiki biabırçı nəticələr fonunda sərfəlidir. Yeni nəslə "Azərbaycanda futbol olmayıb” düşüncəsi sırınır, bununla da uğursuzluqlara don geyindirilir.

20-25 ildir Lixtenşteyn, Kosovo, Lüksemburq təriflənə-təriflənə ölkə futbolu aşağılanır. Belə təfəkkür, idarəçiliklə artıq istedadlar da qeybə çəkilib. Sanki "San Siro”, "Marakana”da qollar vurmuş, "Uembli”, "Lujniki”də mərkəzi göstərənlər Azərbaycan futbol məktəbinin yetirmələri deyildi.

İnqilabdan sonra ötən əsrdə, 30-cu illərin ikinci yarısında sovetlər miqyasında futbola diqqət ayrılmağa başladı. Hətta ilk illərdə çempionatlarda cəmi 7-8 komandanın çıxış etdiyi vaxtlar da olub. Yaranışından dominant rollarda Moskva, Leninqradın bu günə kimi yaşayan məşhur klubları idi…

Çempionatın startından ilk rollarda, mükafatçılar sırasında Tbilisi və Kiyev "Dinamo”çuları da olub. İştirakçılar sırasında Bakı "Tempi” də var idi. 30-cu illərdə SSRİ çempionatlarında Rusiyadan başqa ilk olaraq üç respublika (ölkə), Ukrayna, Azərbaycan, Gürcüstan təmsil olunub.

Çox vaxt Azərbaycan futbolunu qonşularla müqayisə edirlər. Silsilə yazılarla bunların hamısı 10 illikləri əhatə edərək əsaslı təhlillərlə dəyərli oxuculara çatdırılacaq. Uğura, uğursuzluğa gedən, aparan yolları, tarixi bilmədən sabahın futbolu ola bilməz!

"Neftçi” Bakı, "Dinamo” ("Proqress”) Kirovabad (Gəncə), "Polad” ("Xəzər”, "Vosxod”), Sumqayıt, "Qarabağ” Xankəndi, "Araz” Naxçıvan, "Xəzər” Lənkəran, "Avtomobilçi” Mingəçevir/Bakı, "Qarabağ” Ağdam”, "Göyəzən” Qazax, "Bakılı”…

Müxtəlif illərdə əsasən bu klublarımız SSRİ çempionatlarının güclülər dəstəsindən tutmuş l, ll liqalarına kimi Azərbaycanı təmsil ediblər.

Yuxarıda qeyd olunan "Temp” və digər klublarımız, bölgələrimizi təmsil edən komandalar daha əvvəllər də İttifaq miqyasında çıxış ediblər.

30-cu illərdə futbolun ilk nizamlı hala salınması cəhdləri, addımları idisə, 40-cı illərdə ll dünya müharibəsi futbolu ikinci plana atmış oldu. Buna baxmayaraq savaş bitən kimi viranə qalmış şəhərləri dirçəldə-dirçəldə çempionat dərhal bərpa edildi. Onilliyin sonlarından "Neftçi”nin SSRİ elitasındakı yüksəliş, enişli-yoxuşlu onilliklərinə hazırlıq başladı…

(davamı növbəti yazılarda)

Tahir Süleymanov
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

Facebookdan bizi izləməyi unutmayın.
X