Futbol tarixini dəyişən əvəzetmə: Düz 15 il əvvəl Messi ilk qolunu vurmuşdu - VİDEO
1 may, 2005-ci il - futbol tarixinin dəyişdiyi anlardan biri...
"Barselona" - "Albasete" matçının son dəqiqələri, Lionel Messi adlı gənc istedad Samuel Eto'onun əvəzinə meydana daxil olur. Leonun diqqətləri üzərinə cəlb etməsi elə də çox çəkmir. Cəmi 3 dəqiqə sonra argentinalı vunderkind rəsmi oyunlarda peşəkar karyerasının ilk qoluna imza atır. Asist sahibini də unutmayaq: Ronaldinyo. Bu arada, sözügedən ikilinin oyundakı ilk bənzər cəhdində də Messi aşırtma zərbə ilə fərqlənsə də, hakim qolu qeydə almamışdı.
Düz 15 il ötür... Həmin tarixi anları Fanat.Az-la birlikdə xatırlamağa nə deyirsiniz? Bu səfər etiraz qəbul olunmur.