"Milan"ın yarımmüdafiəçisi Frank Kessye karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "MilanNews24" saytına istinadən xəbər verir ki, "Arsenal" Kessyenin xidmətində maraqlıdı. London klubu artıq qarşı tərəflə danışıqlara başlayıb. "Milan" 23 yaşlı futbolçunu "topçular"ın orta sahə oyunçusu Lukas Torreyra ilə dəyişməyə hazırdı.
Cari mövsümdə "rossonerilər"in forması ilə 25 matçda meydana çıxan Kessyenin aktivində 1 qol, 2 məhsuldar ötürmə var.
Qeyd edək ki, daha əvvəl "Arsenal"ın "Atletiko"nun yarımmüdafiəçisi Tomas Parteyi transfer etmək üzrə olduğuna dair xəbərlər yayılmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol