NBA-nın İdarəetmə Şurası 2020-ci il draftı ilə bağlı qərarını verib.
Fanat.Az ESPN-in insayderi Edrian Voynarovskiyə istinadən xəbər verir ki, NBA draftı koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
Draft rəsmi olaraq iyunun 25-də Çikaqoda keçirilməli idi. Mərasimin avqust və ya sentyabr aylarında baş tutacağı gözlənilir.
Qeyd edək ki, NBA-da mövsüm mart ayında, "Yuta"nın basketbolçusu Rudi Qoberdə koronavirus aşkarlandıqdan sonra dayandırılıb.
Fanat.Az