PSJ-nin vingeri Xese Fransa Liqa 1-in çempionluq medalına sahib çıxacaq.
Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, Xese PSJ forması ilə çempionatda cəmi 1 dəqiqə meydanda olub. İspan futbolçu Liqa 1-in 4-cü turu çərçivəsində "Mets"la oynanılan matçda forma geymişdi.
Fransa çempionatının qaydalarına əsasən, meydanda ən azı bir dəqiqə keçirən oyunçu çempion olmaq və medal almaq hüququna malikdi.
Xese sentyabrda icarə əsasında "Sportinq"ə keçmişdi.
Qeyd edək ki, Fransa Liqa 1 koronavirus pandemiyası səbəbindən erkən başa çatdırılıb və turnir cədvəlinin lideri PSJ çempion elan edilib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol