"Layptsiq"in hücumçusu Timo Verner gələcəyi ilə bağlı suallara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, alman futbolçu "Bild"ə açıqlamasında, "Bavariya"ya keçməyəcəyini və gələcəkdə karyerasını ölkə xaricində davam etdirmək istədiyini bildirib:
"Bavariya" əla klubdu. Bu barədə müzakirə etməyə dəyməz. Əlavə olaraq, Hansi Flik bu mövsüm əla məşqçi olduğunu sübut etdi. Amma nə vaxtsa gələcəyimlə bağlı qərar verməli olsam, "Bavariya"ya keçməyə yox, ölkədən kənarda oynamağa üstünlük verəcəm.
Başqa liqada oynamaq çağırışı məni daha çox cəlb edir. Təbii ki, komandanın perspektivləri və hədəfləri də seçimimdə böyük rol oynayacaq. Məhz bu səbəbdən hazırda "Layptsiq"də çıxış edirəm. Gələcəkdə yeni klub seçimində də eyni yanaşmanı davam etdirəcəm".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol