“Xəzər Lənkəran”ın yeni transferi Nikola Qliqorov Makedoniya yığmasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Norveç yığması ilə Osloda 0:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə start heyətində meydana daxil olub. Nikola fasilədən dərhal sonra əvəzlənib. Həmin vaxt hesabda geridə olan makedoniyalılar ikinci hissədə daha 1 qol buraxıb.
Qeyd edək ki, Qliqorov bundan öncə də Skandinaviyada – İsveçə 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə iştirak edərək, həmin vaxt 90 dəqiqdə meydanda olmuşdu.
İdman24.az