İtaliya millisinin sabiq üzvü Marko Materatsi DÇ-2006-nın finalında Zinəddin Zidanla arasında baş vermiş məşhur epizodu yenidən xatırlayıb.
Fanat.Az xəbər verir ki, Materatsi instaqram yayımında həmin anla bağlı fikirlərini bölüşüb:
"Emosional partlayış" idi. Qattuzo yenə oyunumu pisləyəcək, Zidana qarşı yaxın oynamadığımı deyəcəkdi. Bunları eşitmək istəmirdim. Ona görə də Zidanın futbolkasından tutdum. Cavabı gözlənilməz oldu, yoxsa mən də paltardəyişmə otağına yollanacaqdım. Zidan formasını istəyib-istəmədəyimi soruşdu. Mən isə cavabımda dedim: "Bacını istəyirəm".
Qeyd edək ki, Materatsinin sözlərinə dözməyən Zidan, başı ilə onun sinəsinə zərbə endirmişdi. Oyunu idarə edən hakim Zizunu meydandan qovmuş, yekunda Fransanı penaltilər seriyasında məğlub edən İtaliya dünya çempionu olmuşdu.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol