"Bavariya" rəhbərliyi, futbolçu-məşqçi heyəti və işçilər koronavirus analizi veriblər.
Fanat.Az "Bild"in jurnalisti Hayko Niddererə istinadən xəbər verir ki, mayın 1-də "Bavariya" komanda halında COVID-19 testindən keçib. Bütün analizlərin nəticələrinin mənfi olduğu bildirilir.
Bundesliqada mövsümün 16 mayda bərpa ediləcəyi gözlənilir.
Almaniyada koronavirusa yoluxanların sayı 165 mini keçib. Ölkədə 7 minə yaxın insan COVID-19-dan dünyasını dəyişib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol