"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba uğrunda gedən mübarizəyə "İnter" də qoşula bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "İnter"in baş məşqçisi Antonio Konte Poqbanı komandasında görmək istəyir. Onlar daha öncə "Yuventus"da birlikdə işləyiblər.
"Neradzurri"nin prezidenti Stiven Canq fransız futbolçunun transferi sayəsində komandasının "Yuventus"la güc fərqini azaldacağını düşünür.
Poqbanın MY ilə olan müqaviləsi 2021-ci ilin 30 iyununda başa çatır. "Qırmızı şeytanlar" yayda onunla yolları ayırmaq istəyir. Transfer 50 milyon avro dəyərində qiymətləndirilir. Əlavə 12 milyon avro isə 27 yaşlı oyunçunun məvacibini ödəmək üçün lazım gələcək.
"İnter" Lautaro Martinesin "Barsa"ya mümkün keçidindən əldə olunacaq gəliri Poqbanın transferinə yönəltmək istəyir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol