"Barselona" cari mövsümün gedişində əsas heyət üzvlərinin gələcəyi ilə bağlı qərar verməyi planlaşdırır.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Barselona"nın prioriteti Lionel Messi ilə müqavilə yeniləməkdi. Argentinalı futbolçunun hazırkı sözləşməsi 2021-ci ilin yayında başa çatacaq. Katalon klubu bu mövsümün gedişindəcə yeni müqavilə ilə bağlı danışıqlara başlamaq niyyətindədi. Lakin indilik tərəflər əlaqə yaratmayıblar.
2021-ci ilin yayında Luis Suaresin də sözləşməsi bitir. "Barsa"nın əməkdaşlığı davam etdirməkdə maraqlı olmadığı bildirilir.
"Blauqrana" İvan Rakitiç və Arturo Vidalla müqavilə yeniləmək fikrində deyil. Hər iki oyunçudan gələcək transferlərdə "barter" variantı kimi istifadə ediləcəyi gözlənilir. Eyni ehtimal Nelson Semedu üçün də keçərlidi. "Barselona" əvvəlcə portuqaliyalı futbolçuya 3 illik sözləşmək təklif etsə də, sonradan danışıqlar dayandırılmışdı.
Daha öncə qapıçı Mark-Andre ter Şteqen müqavilənin uzadılması ilə bağlı danışıqlara fasilə verildiyini bildirmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol