Madrid "Real”ı və "Barselona” 16 yaşlı futbolçu uğrunda mübarizəyə girişib.
Fanat.Az "As” nəşrinə istinadən xəbər verir ki, əzəli rəqiblər Portuqaliyanın "Vitoriya” klubunun gənc və istedadlı forvardı Erkulanu Nabiananı transfer etmək istəyir.
PSJ-nin də diqqətdə saxladığı Erkulanu Portuqaliyanın U-17 millisində 7 oyuna çıxıb və 4 qol vurub. "Vitoriya"nın gənclərdən ibarət komandasında 43 qolla yadda qalan hücumçu xarici görünüşü və oyun tərzinə görə "yeni Lukaku" adlandırılır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol