"Şalke"nin keçmiş müdafiəçisi, 2016-cı ildə öldüyü iddia edilən Hiannik Kamba, əslində, sağ imiş.
Sənədlərdə Kambanın 2016-cı ildə avtomobil qəzasında dünyasını dəyişdiyi göstərilsə də, məlumatın yalan olduğu ortaya çıxıb.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Kamba hazırda Qelzenkirhendə yaşayır. 33 yaşlı futbolçunun keçmiş həyat yoldaşının onun saxta ölümünə görə sığorta şirkətinə müraciət etdiyi və yüksək məbləğdə ödəniş aldığı məlum olub. Qadının Kambanın ölümünü təsdiq etmək üçün saxta sənədlərdən istifadə etdiyi iddia olunur. Hazırda prokurorluq məsələ ilə bağlı araşdırma aparır.
Kamba "Şalke"nin yetirməsidi. O, Qelzenkirhen təmsilçisinin gənclərdən ibarət komandasında oynayıb.
Kamba hazırda Almaniyadakı enerji şirkətlərindən birində kimyaçı kimi çalışır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol