"Liverpul" mövsümün bərpasına hazırdı.
Fanat.Az xəbər verir ki, baş məşqçi Yürqen Klopp "NBC Sports"a açıqlamasında futbolçuların evlərində məşqlərə davam etdiyini bildirib:
"Uşaqlar çox çalışırlar, məşqlərdə aktivdilər. Çünki biz mövsümün bərpa ediləcəyini gözləyirik. Konkret vaxtı bilmirəm, amma biz buna hazır olmalıyıq. Ona görə də komanda məşqlərə davam edir.
Yenidən bir araya gəldikdən sonra vəziyyətdən maksimum yararlanmağa çalışmalıyıq. Oyunlara hazırlaşmaq üçün nə qədər vaxt lazım olduğunu bilmirəm, amma biz istənilən halda çalışmağa davam edirik.
Oyunçularımıza tapşırıqlar veririk, onlar öz bağlarında icra edirlər. Bu zaman kənardan bağda oynayan 5-6 yaşlı uşaqlar kimi görünürlər. Mövsüm bərpa edildikdən sonra bu komanda ruhunu meydanlara daşımağa çalışacağıq".
Premyer Liqada 29 turdan sonra lider "Liverpul" ən yaxın izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır. "Mersisaydlılar"ın çempionluğu rəsmiləşdirməsi üçün iki qələbəyə ehtiyacı var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol